AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın yeganə çıxış yolu sülhə imza atmaqdır

  • + A
  • - A
  • 19-07-2022, 04:27

    Ermənistanın yeganə çıxış yolu sülhə imza atmaqdır
    Elşən Səfərov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və xalqı öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların görəcəyi işi reallığa çevirdik. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq Ölkə Prezidenti cənab İlham Əliyev müharibənin gedişində, eləcə də müharibədən sonra da, öz siyasi iradəsini ortaya qoyaraq Minsk qrupunun 30 illik fəaliyyətini sərt tənqid edərək, əslində bu qrumun Ermənistanın marağlarına xidmət etdiyini və qeyri-konstruktiv mövqe sərgilədikləri qeyd etmişdir.Bu gün heç kəsdə şübhə doğurmur ki, Azərbaycan 30 il səbr etməklə yanaşı həm də bu illər ərzində ölkə iqtisadiyyatının əsas hissəsini ordu quruculuğuna sərf edərək, itirilmiş torpaqlarını danışıqlar yolu ilə deyil, güc yolu ilə, şəhidlərimizin canı-qanı bahasına geri qaytarmağa nail olmuşdur.
    Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni hərb meydanında həll edib, indi də diplomatik masada siyasi mübarizə aparır. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur. Ancaq buna baxmayaraq həmsədrlər yenə də Dağlıq Qarabağın statusunun həll olunması ilə bağlı təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Ancaq Minsk qrupunun unutduğu 1 şey hələ də qalır ki, Azərbaycana artıq 90-cı illərdəki kimi yarıtmaz AXC müsavat idarəetməsi deyil, güclü və peşəkar bir Lider başçılıq etməkdədir.Yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan nəyin ki, regionda, həmçinin bütün dünyada müstəqil siyasət yürütməsi ilə öz adını ön plana çəkməyi bacarmışdır. Bu nailiyyətlərin əldə edilməsində əlbətdə ki,İlham Əliyev kimi yenilməz bir sərkərdə əsas rol oynamışdır.
    Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub.Bəli, 44 günlük haqq savaşının tək qalibi olan Azərbaycan haqqı çatır ki, öz müstəqilliyini bütün dünyaya car çəksin və 3 rəngli vətən bayrağı bütün dünyada şərəflə dalğalansın. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir.
    Görünür, onların mənasız səfərləri bu illər ərzində Ermənistana xidmət edib. İllərlə kağız üzərində qalan qətnaməni özü icra edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün onların fəaliyyəti çoxdan bitib.
    Əgər Minsk Qrupu yenidən danışıqlar prosesinə cəlb olunmaq istəyirsə qərəzsiz mövqe sərgiləməlidir. Təxribatçı bəyanatlarla heç bir danışıqdan söhbət gedə bilməz. Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi ilə məşğul olmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir. Əks halda isə Minsk qrupunun bərpası və fəaliyyəti haqqında söhbət gedə bilməz.Azərbaycan 44 günlük zəfərlə bir daha göstərmiş oldu ki, bu müharibədə təkcə Ermənistan deyil, bütövlükdə erməni havadarları məğlubiyyətə uğradı. Əgər Ermənistan bu gündən sonra regionda sülhü dəstəkləmək istəyirsə, Bəyannamədə göstərilən bütün hüquqi norma və prinsiplərə əməl etməli, və danışıqlardan yayınmamalıdır. Bu “Ermənistanın yeganə çıxış yoludur” desək daha doğru olardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR