Kreml və xüsusən şəxsən Putin Azərbaycanla yaxşı münasibətləri saxlamaq üçün hər şeyə hazırdır. Bakı elə edə bildi ki, ona Qərb də, Rusiya da tam hörmət edir. Ermənistan isə ona nail olub ki, bütün dünya ona təcavüzkar və tərk edilmiş kimi baxır.
"Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi icmalçısı Qraçya Qalustyan deyib.
“Bu günlərdə Prezident İlham Əliyev Rusiya Müdafiə Nazirliyini Qarabağa dair vədini yerinə yetirməməkdə ittiham edib. Yəni, fikir verin, Əliyev heç gizlətməyi lazım bilmir ki, o, Ermənistanla bağlı bütün məsələləri Kremllə həll edir. Ondan dərhal sonra biz Qriqoryanın bəyanatını eşitdik (Qriqoryan Ermənistan ordusunun birliklərinin Qarabağdan çıxarılmasına başlandığını deyib – red.). Bundan hansı nəticə çıxır? Əliyevin yenidən haqlı olması…
Rusiya isə Bakının fikirlərini həddindən artıq dəyərləndirməyə başlayıb. Hətta Vladimir Solovyov da David Babayana tribuna verdiyi üçün iki dəfə üzr istədi! Bu, Solovyovun şəxsi rüsvayçılığı deyil. Bu, bir də onu göstərir ki, Kreml Azərbaycanla yaxşı münasibətləri saxlamaq üçün hər şeyə hazırdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.