AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hədəfimiz dayanıqlı inkişafın bərqərar olmasıdır.

  • + A
  • - A
  • 21-07-2022, 18:23

    Hədəfimiz dayanıqlı inkişafın bərqərar olmasıdır.

    Elşən Səfərov
    YAP Ağcabədi rayon təşkilatının əməkdaşı


    Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün Ümummilli Lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.Azərbaycan son illərdə ölkədə demokratiya və bazar iqtisadiyyatını inkişaf etdirmək və Avropa Birliyinə yaxınlaşmaq üçün islahatları tədricən artıran siyasət aparır. Avropa Birliyi ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın əsas məqsədi iqtisadi inteqrasiya və sıx siyasi əlaqələrin gücləndirilməsi yönündə münasibətlərin genişləndirilməsidir.
    Son illər dünya ölkələri tərəfindən Azərbaycan neftinə olan təlabatın artması ölkəmizi bir daha diqqət mərkəzinə gətirib çıxarmış oldu. Dünya iqtisadiyyatına mühüm töhfələr verən Azərbaycan bu gün də atdığı addımlarla təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun inkişafı üçün uğurlu platformalar həyata keçirməkdədir. Bu uğurlardan biri də, bu günlərdə, İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bir daha bu deyilənlərin isbatı kimi tarixə düşmüş oldu. Bu cür sazişlərin Azərbaycan üçün hansı əhəmiyyətə malik olduğu kimdəsə şübhə doğurmamalıdır. Çünki 44 günlük haqq savaşında Azərbaycanın inamlı qələbəsi ilə başa çatan müharibədə əlbəttə ki, itkisiz də ötüşməmişdir.Müharibədə sıradan çıxmış silah-sursatların və bəzi texnikaların yenilənməsi, eləcə də yeni və müasir dünya tələblərinə uyğun olan döyüş avadanlıqları ilə ordumuzun təminatı Dövlət Başçısının əsas diqqətində olan məsələlərdəndir. Başqa bir tərəfdən isə, Azərbaycanın azad etdiyi torpaqlarda abadlıq quruculuq işlərinin aparılması, həmçinin regionların inkişaf strategiyasına uyğun olaraq görülən işlər, ölkə əhalisinin yaşayış tərzinin yüksək səviyyəyə qaldırılması dövlətin əsas məqsəd və məramlarından biridir. Bütün bu deyilən işlərin icrası üçün, yüksək və davamlı iqtisadiyyata malik olmalı və əldə olan imkanlardan maksimum yararlanıb müasir dünya iqtisadiyyatı ilə ayaqlaşmaq labüddür. Bu istiqamətdə Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın əsas iqtisadi sərvəti sayılan neft-qaz yataqlarının işlənib hazırlanması, həmçinin dünya və Avropa ölkələrinin Azərbaycana sərmayə qoyması, ölkə iqtisadiyyatına mühüm təkan verə biləcək layihələrin işləninb hazırlanması istiqamətində bir çox işlər görməkdədir.
    Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətə çevrilmişdir.Azərbaycan neftinə olan təlabatın artması ona gətirib çıxarıb ki, ölkəmiz avropa və dünyaya daha sürətlə inteqrasiya edə bilib. Bu bizi sevindirməyə bilməz. Çünki, iqtisadiyyatı güclü olan bir ölkə istər- istəməz liderlik qabiliyyətini də özündə birləşdirmiş olacaqdır.
    Son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirməklə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir. İlham Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıdıb.
    Biz inanırıq ki, Azərbaycan iqtisadiyyatı bu gündən sonrada sürətlə inkişaf edəcək və bu inkişaf yolunda Ölkə Başçısının uğurlu siyasəti Azərbaycan xalqı tərəfindən hər zaman dəstəklənəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR