AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı Azərbaycanı etibarlı tərədaş kimi qəbul edir

  • + A
  • - A
  • 21-07-2022, 18:24

    Avropa İttifaqı Azərbaycanı etibarlı tərədaş kimi qəbul edir

    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Müasir dövrdə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin güclənməsi, işbirliyinin genişlənməsi və əməkdaşlığın dərinləşməsi baxımından həyata keçirilmiş olan "Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı" xüsusi əhəmiyyətə malikdir. Bu plan demək olar ki, bütün sahələr üzrə tərəflər arasında işbirliyinin qurulmasında mühüm rol oynamaqla yanaşı, region dövlətlərinin Avroatlantik məkanına inteqrasiyasında ciddi əhəmiyyət kəsb etməkdədir ki, bunu hazırda birliklə Cənubi Qafqaz ölkələri arasında intensiv işbirliyinin toplanmış təcrübəsi və həyata keçirilməkdə olan layihələr açıq şəkildə nümayiş etdirməkdədir.
    Heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin mövcudluğu, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq enerji təhlükəsizliyi məsələsinin uğurla həyata keçirilməsinə böyük təkan vermişdir. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra olunması ona cəlb olunan tərəfdaş ölkələrin tək bir məqsəd ətrafında birləşməsidir.
    Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində bilavasitə Ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.
    Bütün bu tarixi keçmişə arxalanaraq İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması onun göstəricisidir ki, Azərbaycan nəinki regionda, həmçinin Avropada yüksək nüfuz və etiqada sahib bir ölkədir.Bu gün Azərbaycanın zəngin neft və qaz yataqlarına sahib olması təkcə Azərbaycan üçün deyil, eləcə də region dövlətləri üçün də yüksək iqtisadi dirçəlişə xidmət edəcəyinə zəmin yaradan amillərdən biridir. Azərbaycan qaşıya qoyulmuş məqsədlərə çatmaq üçün demək olar ki, bütün layihələrdə öz fəallığı ilə seçilərək ölkə iqtisadiyyatının güclənməsi və əhalinin ümumi yaşayış səviyyəsinin yüksəlməsi üçün bütün imkanları səfərbər edir.
    Bəli, bu gün razılaşmaq lazımdır ki, 30 il ərzində Azərbaycan İqtisadi cəhətdən güclü bir dövlətə çevilməsəydi, ölkəmizi fərqli aqibət və nəticələr gözləyə bilərdi. Çünki, 44 günlük zəfərin əsas nəbzi məhs güclü ordu quruculuğu, müasir silah və texnikaların alınması, bu istiqamətdə ölkəmizi qələbəyə daşımış amillərdən biri oldu.Təbii ki, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və bütün sahələrdə yüksək idarəetmə qabiliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün Avropanin adlı- sanlı ölkələri ilə qarşılıqlı əlaqələr yaratmaqla yanaşı, həmin ölkələri Azərbaycana yatırım və sərmayələrin qoyullmasına şərait yaradan ciddi addımlar atmışdır. Onun nəticəsidir ki, bu gün nəinki paytaxt Bakıda, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda Avropanın bir çox tanınmış şirkətləri öz layihələrini həyata keçirməyə başlamışlar.
    Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regio¬nal, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Elə bu səbəbdəndir ki, dünya dövlətləri irimiqyaslı və əhəmiyyətli layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Nəticə etibarilə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalmaqdadır və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR