AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hovuzda qadınların videosunu çəkən şəxs HƏBS EDİLDİ

  • + A
  • - A
  • 22-07-2022, 18:48

    Hovuzda qadınların videosunu çəkən şəxs HƏBS EDİLDİ


    Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs həbs edilib.

    Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

    Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

    Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılmışdı.

    Nabranda çəkildiyi ehtimal edilən videoda "Tik-tok" platformasında "magerramoff" adlı profilin sahibi hovuzda çimən qadınları canlı yayımda göstərib izləyicilərinə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlətmişdi.

    93 min izləyicisi olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılmış, hovuzda dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR