Bakı və İrəvan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşyanın görüşünə hazırlaşır.
Bu barədə Ermənistan parlamentinin üzvü, beynəlxalq münasibətlər daimi komissiyasının sədri Eduard Ağacanyan məlumat verib.
Siyasətçinin sözlərinə görə, artıq hər iki ölkənin diplomatları qarşıdan gələn danışıqların detallarını müzakirə etməyə başlayıblar. Bununla bağlı təfərrüatlar hələ də gizli saxlanılır.
"Mən konkret tarixlər deyə bilmərəm", - Ağacanyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.