İyul ayının 26-da YAP Ağcabədi rayon təşkilatında I yarımilliyin yekunlarına həsr edilmiş aparat müşavirəsi keçirilmişdir
Müşavirəni YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq 6 aylığın yekunları barədə aparılmış təhlilin nəticələrini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Müşavirədə aparatın əməkdaşları çıxış edərək gördükləri işlər və nəzarət etdikləri ərazi təşkilatlarının fəaliyyəti barədə hesabat vermişlər.
Yığıncaqda ideoloji sahədə görülən işlər, YAP sıralarına qəbul, YAP üzvlərinin uçotu, üzvlük haqqının toplanması, abunə yazılışı, keçirilən tədbirlər, şəhid ailələri və qazilərələ qayğı çərçivəsində görülən işlər barədə müzakirələr aparılmış, partiya işinin Yeni Azərbaycan Partiyasının VII qurultayının tələbləri əsasında qurmaq üçün qarşıda duran vəzifələr barədə, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 30 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır.