Ukrayna Hərbi Dəniz Qüvvələri taxıl ixracını davam etdirmək üçün Qara dənizdəki 3 limanda işlərin bərpa olunduğunu təsdiqləyib.
Bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, taxıl daşınması üçün Odessa, Çernomorsk və Pivdennıy limanlarında işlər aparılır.
Qeyd edək ki, əvvəlki açıqlamalarda bəzi daşımaların bu həftə yenidən başlaya biləcəyi ilə bağlı məlumatlar var idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.