Tədbirdə Lerik rayonu İcra Hakimiyyətinin Başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayonun huquq muhafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, Şəhid ailə üzvləri və məktəbin məzunları iştirak edirdilər.
2022-ci ilə qədərki statistikadan məlum olur ki, Çayrud məktəbini 3400 nəfər məzun bitirib. Onlardan Azərbaycan Respublikasında 500 nəfərə qədər, xarici ölkələrdə 220 nəfərə qədər ali təhsil və 120-dən artıq məzun isə orta ixtisas təhsili alıb. Məktəb məzunları arasında elmin müxtəlif sahələri üzrə 6 elmlər doktoru, 25-dən artıq elmlər namizədi, aspirant və dissertantlar, magistrlər, yüzlərlə müəllim, 30-dan artıq həkim, onlarla hüquqşünas, hakim, jurnalist, mühəndis, iqtisadçı, hərbçi, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşir, kənd təsərrüfatı üzrə mütəxəssislər, müasir dünyanın elmi-texniki nailiyyətlərindən bol-bol bəhrələnən ziyalılar yetişib.
Qeyd edək ki, məktəbin məzunlarından dördü I Qarabağ, ikisi Vətən muharibəsində şəhidlik zirvəsinə yüksəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.