AzadMedia.az erməni KİV-ə istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərindən qaçan ermənilər "qaçqın" statusu ala bilmədikləri üçün Fransa səfirliyinin qarşısında etiraz ediblər.
“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan isə jurnalistlərə açıqlamasında deyib ki, səfir onları qəbul edənə qədər oturaq aksiya keçirəcəklər.