AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti SEÇİLDİ

  • + A
  • - A
  • 7-08-2022, 19:30

    Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti SEÇİLDİ


    Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.

    Azərbaycan Şahmat Federasiyasından (AŞF) AzadMedia.az-a verilən məlumata görə, konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.


    Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

    Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR