Helsinki hakimiyyəti SSRİ tərəfindən Finlandiyaya hədiyyə edilmiş "Dünya Sülhü" abidəsini söküb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva abidəni 1989-cu ildə Finlandiya tərəfinə bağışlayıb. Nəşrin məlumatına görə, o, saxlanması üçün başqa yerə köçürüləcək. Avqustun 8-də səhər o, postamentdən çıxarılaraq abidəni Finlandiya paytaxtından aparacaq vasitəyə yüklənib.
Abidənin son taleyi daha sonra həll olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.