Putinə yaxın olan yüksək rütbəli rus məmurunun müharibənin sona çatması üçün Qərbdən kömək istədiyi iddia edilib.
Bu barədə Britaniyanın “The Mirror” qəzeti yüksək rütbəli rus məmurunun müharibəni dayandırmaq üçün Qərb ölkələri ilə gizli əlaqə saxladığını yazıb.
Bildirilib ki, Qərb diplomatları və kəşfiyyat rəhbərləri ilə danışıqlar aparan Rusiya rəsmisi müharibəni bitirmək üçün kömək istəyib.
Məmurun həmçinin Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı qərarlarının, müharibənin gedişi və Qərbin sərt sanksiyalarının Rusiyanın yüksək vəzifəli şəxsləri və elitaları arasında böyük narahatlığa səbəb olduğunu dediyi iddia edilib. Qərbin xüsusi xidmət orqanları arasında yayılan sənəddə “Putinin yaxın çevrəsinin nümayəndəsinin Qərbə danışıqlar aparmaq istədiyi mesajı verdiyi” qeyd edilib.
Putinə çox yaxın olduğu deyilən bu adın kim olması sualı da mübahisələrə səbəb olur.
Bildirək ki, bu günə qədər bəzi yüksək rütbəli şəxslər, o cümlədən Putinin xüsusi nümayəndəsi Anatoli Çubays Ukrayna müharibəsinə qarşı çıxaraq tutduqları vəzifələrdən istefa verib və Rusiyanı tərk ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.