Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.
Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.