AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edəcək

  • + A
  • - A
  • 6-09-2022, 16:58

    Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edəcək

    Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.
    Milli Məclisin sədrinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxışı gözlənilir. Sammitdən sonra qadın parlament sədrlərinin iştirakı ilə keçiriləcək dəyirmi masanın yekununda Daşkənd Bəyannaməsi qəbul olunacaq.
    Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
    İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR