Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşıÖlkələrimiz arasında çoxillik diplomatik münasibətlərin möv¬cudluğu dövründə və xüsusilə də müharibə zamanı İtaliya dəyişməz mövqeyini nümayiş etdirdi. İtaliya¬nın parlament nümayəndələrinin müharibənin başa çatmasın¬dan sonra, qısa zamanda Azərbaycana səfəri ilə həmrəylik ifadə etməsi ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür.
Siyasi çəkisi və güclü iqtisadi potensialı ilə Avropa İttifaqının önəmli dövlətləri sırasında yer alan İtaliya ilə müstəqil Azərbaycan arasında münasibətlər ildən-ilə genişlənməkdədir. Bu gün Azərbaycanla “Böyük səkkizliyin”in üzvü olan İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti məhz İtaliyadan olub.
İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Əlaqələrin hüquqi bazasını bundan sonra da inkişaf etdirmək vacib sayıldı. Hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləyir. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Sonuncu görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulandı.
İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.
Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. Bu ölkənin neft idxalının əsas hissəsi Azərbaycan neftinin hesabına həyata keçirilir. İqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliya¬nın gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir.
Göründüyü kimi, Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.