AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” Sərgisində iştirak ediblər - FOTOLAR

  • + A
  • - A
  • 8-09-2022, 13:33

    Deputatlar 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” Sərgisində iştirak ediblər - FOTOLAR


    Paytaxt Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinin açılışı mərasimi keçirilib.

    Azadmedia.az xəbər verir ki, Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi ilə üç gün müddətində 6, 7, 8 Sentyabr tarixlərində davam edir.

    Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX” sərgisində Milli Məclisin üzvləri - millət vəkili Məşhur Məmmədov və millət vəkili Etibar Əliyev də iştirak ediblər.

    Belə ki, bu barədə millət vəkilləri Məşhur Məmmədov və Etibar Əliyev şəxsi Facebook sosial media hesabları üzərindən də paylaşım edərək, keçirilən sərgidən razılıqlarını dilə gətirib və təşkilatçılara təşəkkürlərini bildiriblər.


    Nəzərinizə çatdıraq ki, ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Bu sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın II Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə həmçinin Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR