AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsində artan rola malikdir

  • + A
  • - A
  • 8-09-2022, 16:53

    Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsində artan rola malikdir
    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarazlaşdırılmış xarici siyasət kursu ölkənin enerji və strateji potensialını çevikliklə istifadə etməyə, onun effektivliyini maksimal səviyyəyə çatdırmağa imkan yaradır. Bu gün neft və qaz sektorunda, eləcə də müxtəlif və güclü ixrac, tranzit potensialının yaradılmasında əldə olunmuş uğurlar sayəsində Azərbaycan dünyanın enerji xəritəsində mühüm tərəfdaşlardan birinə çevrilmişdir
    Xəzər regionunun böyük neft və qaz resursları beynəlxalq bazarların enerji daşıyıcıları ilə sabit və təhlükəsiz formada təchiz edilməsinə geniş imkanlar açır və bununla istehlakçı ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir. Neft və qaz sektorunda son zamanlar həyata keçirilmiş layihələr nəticəsində Azərbaycan həmin xüsusi prosesdə mühüm rol oynamağa başladı. Dünyanın aparıcı beynəlxalq enerji şirkətləri ilə effektiv və uzunmüddətli əməkdaşlıq "Azəri-Çıraq- Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsinə, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəmərləri və s. bu kimi bir sıra böyük layihələrin həyata keçirilməsinə şərait yaratdı.
    Azərbaycan qarşılıqlı şəkildə faydalı əsaslarla dünyanın aparıcı ölkələri ilə enerji daşıyıcılarının çatdırılması sahəsində əməkdaşlığı inkişaf etdirən güclü enerji ölkəsinə çevrildi. Buna görə də biz Avropa ölkələrinə qazın nəqli üçün "Cənub dəhlizi" enerji layihəsini hökumətlərarası əməkdaşlıq istiqamətində çox perspektivli sahə hesab edirik. Yaxşı məlumdur ki, həmin xüsusi xarakter daşıyan strategiya qazın yeni nəql infrastrukturu vasitəsilə Xəzər regionundan Avropaya daşınmasını nəzərdə tutur.
    Təbii ki, Xəzər dənizi regionunda karbohidrogenlərin artan hasilat həcmi ilə əlaqədar ixrac edən tərəflərin tələblərinə effektiv şəkildə cavab verə biləcək etibarlı tranzit dəhlizlərinə ehtiyac duyulur. İnkişaf etmiş tranzit potensialı ilə Azərbaycan ixrac edən ölkə olmaqla yanaşı, Xəzər regionunun nəhəng enerji resurslarına malik olan mühüm tranzit ölkəsinə də çevrilməkdədir. Mövcud nəqlolunma infrastrukturu ilə beynəlxalq bazarlara öz enerji daşıyıcılarını nəql etmək məqsədilə Gürcüstan, Türkiyə və Rusiya kimi tranzit ölkələrlə effektiv əməkdaşlıq Azərbaycanın qonşu ölkələr üçün ixracda tranzit şəbəkə rolunu gücləndirir.
    Demək olar, artıq iki yüz ildir ki, Azərbaycan fəal şəkildə neft və qaz sənayesi ilə məşğuldur və “qara qızılın” vətəni hesab olunur. Heç şübhəsiz ki, son illərdə baş verən neft böhranı Azərbaycanın da neft hasilatına zərbə vurdu və bunun nəticəsində hasilat əhəmiyyətli dərəcədə azaldı. Bu baxımdan Azərbaycanın təbii qaz ixracatı büdcəyə əlavə gəlirlər gətirəcək ki, bu da hökumətə özünün mövcud aktivlərinin həcmini artırmağa və beləliklə də, ölkənin iqtisadi artımını təmin etməyə imkan verəcək. 
    Keçən onillikdə uğurla reallaşdırılan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra iki qonşu dövlət – Türkiyə və Azərbaycan enerji sektorunda birgə inkişafı gücləndirdilər. Tədricən qaz təchizatçılarının artması TANAP layihəsi vasitəsilə təchizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək.Bundan əlavə, layihə Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək.
    Qərbi Avropada ümumi qaz təchizatı olduqca müxtəlifdir, lakin İtaliya da daxil olmaqla Şərqi və Cənub-şərqi Avropada əhəmiyyətli dərəcədə bir mənbədən asılılıq mövcuddur. Buna baxmayaraq, Cənub Qaz Dəhlizinin tikintisi enerji marşrutlarının təhlükəsizliyi baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir.
    Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azrbaycanın böyük qaz təchizatı boru kəmərinə malikdir. Avropa ittifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir.



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR