Rusiya ordusunun bölmələri Ukraynanın İzyum şəhərini tərk edib.
Bu barədə müharibə müxbiri Yuri Kotenok məlumat verib.
Hərbi müxbirin məlumatına görə, rus qoşunları Oskol çayı üzərindən geri çəkilir. Geri çəkilmə ilə bağlı məlumatı özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) informasiya nazirinin birinci müavini Daniil Bezsonov da təsdiqləyib.
Qeyd edək ki, İzium DXR-in inzibati sərhədinin yaxınlığında yerləşir.
Onu da deyək ki, bu, Ukrayna ordusunun gün ərzində Rusiya işğalından azad etdiyi üçüncü Xarkov şəhəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.