III Çarlz rəsmən Avstraliya dövlətinin başçısı elan edilib.
Bu barədə STS televiziyası məlumat yayıb.
Avstraliyanın baş naziri Entoni Albaneze bu barədə parlamentin Kanberrada keçirilmiş iclasında bildirib. Hökumət başçısı həmçinin qeyd edib ki, kraliça II Elizabetin vəfatına görə 22 sentyabr ölkədə matəm günü elan edilib.
Baş nazir kraliçanın sentyabrın 19-da keçiriləcək dəfn mərasimində iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.