AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən müharibəsi qəhrəmanına yüksək vəzifə VERİLDİ

  • + A
  • - A
  • 3-02-2024, 22:20

    Vətən müharibəsi qəhrəmanına yüksək vəzifə VERİLDİ


    Vətən müharibəsi qəhrəmanı, polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib.

    O, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi təyin edilib. 

    Qeyd edək ki, Teyfur Rüstəmov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif edilib. Eyni zamanda, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Xatırladaq ki, polkovnik bundan əvvəl Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri vəzifəsində çalışıb. (Musavat)

    Teyfur Rüstəmov Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR