AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Kahramanmaraşda 32 hektarlıq məhəllə tikəcək

  • + A
  • - A
  • 6-02-2024, 10:58

    Azərbaycan Kahramanmaraşda 32 hektarlıq məhəllə tikəcək

    Azərbaycan ötən il güclü zəlzələ nəticəsində dağılmış Türkiyənin Qəhrəmanmaraş şəhərinin bərpasında fəal iştirak edir. Hazırda 32 hektar ərazini tutacaq “Azərbaycan məhəlləsi” tikilir.
    Azərbaycan Respublikasının hakimiyyət orqanları zəlzələ nəticəsində dağılmış Kahramanmaraş ərazisində humanitar fəaliyyətlərdə fəal iştirak etməkdə davam edir.

    Hazırda 32 hektar ərazini tutmalı olan məhəllənin tikintisinə azərbaycanlı mütəxəssislər cəlb olunub.

    Layihəyə əsasən, yeni yaşayış kompleksinə 71 çoxmənzilli bina daxil olacaq ki, burada da min yarıma yaxın mənzil olacaq.

    Qeyd edilir ki, Azərbaycan bu layihənin həyata keçirilməsi üçün 100 milyon dollar sərmayə qoyacaq.

    Bundan əlavə, “Azərbaycan məhəlləsi”ndə 300 yerlik ibtidai məktəb və 60 yerlik uşaq bağçası tikiləcək.

    Hazırda inşaatçılar 16 dördmərtəbəli binadan ibarət 11 və 12-ci blokların tikintisinə başlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR