AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək - Şarl Mişel

  • + A
  • - A
  • 24-02-2024, 20:22

    Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək -



    Avropa İttifaqı 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.

    Belə ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

    “24 fevral 2022-ci ildən biz Ukraynaya dəstək üçün 82 milyard avro və ya 83 milyard avro ayırdıq. Daha 50 milyard avro əlavə makromaliyyə yardım paketinə daxildir”, - o, Rada telekanalında deyib.

    Daha əvvəl Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat vermişdi ki, Kiyev fevralın 1-də Avropa İttifaqının sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 2024-cü ildə 18 milyard avro almağı planlaşdırır.

    Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və onun icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda, xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək.ordu.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR