Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alışını dayandırmaq istəyir. Baxmayaraq ki, Rusiya qitənin ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsü olaraq qalır. Bununla belə, avropalılar üçün Rusiya həcmlərinin əvəzini tapmaq hələ də çətindir: aşağı qaz qiymətləri Asiyada ona tələbatı artırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson “Bloomberg”ə bildirib.
Belə ki, "Aİ ölkələrinə Rusiyadan LNG alışını azaltmaq üçün təzyiqi tədricən artırırıq. Burada yenə də ABŞ-dan tədarükə inam vacibdir”, - deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.