Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər. Bu barədə
Azadmedia.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.