İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Müdafiə nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.