Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq - 13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildirir ki,faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.
AzadMedia.az xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.
Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.