Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması,kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, təhlükəli manevrlər etməklə özləri ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan,eləcə də kobud qayda pozuntularına yol verən sürücülər müəyyən olunaraq onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.