AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əvvəllər narkotiklərə görə məhkum olunmuş Şirvan şəhər sakinindən külli miqdarda tiryək aşkarlandı

  • + A
  • - A
  • 16-07-2022, 10:32

    Əvvəllər narkotiklərə görə məhkum olunmuş Şirvan şəhər sakinindən külli miqdarda tiryək aşkarlandı

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qasım Həsənalıyev yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib.
    Burada onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 735 qram olan iki büküm narkotik maddə - tiryək aşkarlanaraq götürülüb.
    Dindirilmə zamanı Q.Həsənalıyev qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR