Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Buna səbəb sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi (ürəktutma) olub.
Təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib. Təəssüflər ki, sərnişin uçuş zamanı vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.