Xəbər verdiyimiz kimi, Lerikdə ağır yol qəzası baş verib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin
Azadmedia.az-a verdiyi məlumata görə hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.