AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA dövlətin adından istifafə edib 200-dən çox ağacın kəsilməsində israrlıdır - Fotofaktlar

  • + A
  • - A
  • 13-07-2024, 17:02

    AAYDA dövlətin adından istifafə edib 200-dən çox ağacın kəsilməsində israrlıdır - Fotofaktlar


    Dövlət Ekoloji Ekspertiza Agentliyi ağacları kəsmək üçün müraciət edən qurumların, media və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə ictimai dinləmə keçirdi.
    Ağacları qırmaq üçün müraciət edən qurumlardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idi. Qurumu AAYDA-nın aparıcı mühəndisi Akif Abdullayev təmsil edirdi. Onun "dövlət layihəsidir" deyib, heç bir alternativ variant qəbul etmək istəməməsi, qırılacaq 278 ağacın yerinə hansısa alternetiv variant təklif etməməsi qızğın müzakirələrə səbəb oldu. Kor tutduğunu buraxmadığı kimi, aparıcı mühəndis səsini qaldıraraq israrla - "Tunel üçün ağaclar kəsilməlidir, başqa alternativ yoxdur, vəssalam", - deyirdi.
    Akif Abdullayevin bildirdiyinə görə Əliyar Əliyev kücəsində inşa olunacaq avtomobil tunelinin layihəsi tıxacın qarşısını almaq üçün hesablanıb və layihəyə düşən 278 ağacın kəsilməsi nəzərdə tutulur. Layihəniz tıxacın qarşısını alacaqmı? - sualına mühəndis əsəbi şəkildə cavab verdi ki, onu zaman göstərəcək. Ağacların kəsiləcəyini o qədər rahat deyirdi ki, sanki, onillərin agacını yox etməyəcək, dünyanın qlobal istiləşmə probleminə biraz da zərbəni qurumları vurmayacaq. Jurnalist Ramina Eyvazqızı sual verdi ki, dəqiq tıxacın çarəsi budurmu? Mühəndis yenə dövlətin adından manipulyasiya edib cavab verdi ki, dəqiq deyə bilmərik , tikinti sonrası biləcəyik. Yəni, bu da o biri körpü, tunellər kimi qalacaq Allahın ümidinə.
    Əsəblərimi colovlaya bilməyib mən də etiraz etdim, "dövlət sizə cop29 ərəfəsi gedin ağacları kəsin deyib? Niyə dövlətin adından istifadə edirsiz?", - deyib alternativ variant tələb etdim, AAYDA başbiləni səsini daha da yüksəltdi, ixtisaslı mütəxəssislərin tıxacın qarşısının alınması üçün ağacları kəsmədən etdikləri alternativ variantları eşitmək belə istəmədi.
    Təsəllim budur ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi etiraz etsə AAYDAnın arzusu gözündə qalacaq! Əminəm ki, dirəniş göstərəcəklər.
    Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə şəhərin olan-qalan ağacını yox etmək istəyən şirkətlərin, qurumların mübarizəsi davam edir.
    Elnurə Abuşova






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR