AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DGK-dan “Union Logistics” MMC-yə məxsus nəqlyyat vasitələrinin gömrük postunda xeyli müddət saxlanılmasına AÇIQLAMA

  • + A
  • - A
  • 17-07-2024, 01:16

    DGK-dan “Union Logistics” MMC-yə məxsus nəqlyyat vasitələrinin gömrük postunda xeyli müddət saxlanılmasına AÇIQLAMA


    Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

    Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.
    Dövlət Gömrük Komitəsi həmin daşınma şirkətinin şikayətləri ilə bağlı ilkin araşdırma nəticəsində aşağıdakıları qeyd edir:
    "Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olmuşdur.



    Qeyd edirik ki, İpək yolu gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilmişdir.
    Eyni zamanda, bugünə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.
    Bildirmək istərdik ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir.
    Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmamışdır. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanmışdır.
    Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olmuşdur ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunmuşdur.
    Bildiririk ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilmişdir.
    Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilmişdir.
    Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilmişdir.
    Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilmişdir.
    Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR