İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və energetika sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.