AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçrə Almaniyadan gələn bəzi qatarların girişinə qadağa qoyub

  • + A
  • - A
  • 30-07-2024, 11:19

    İsveçrə Almaniyadan gələn bəzi qatarların girişinə qadağa qoyub

    İsveçrə Almaniyadan gələn bəzi qatarların girişinə qadağa qoyub.
    “Deutsche Bahn”a məxsus ICE sürətli qatarları xroniki olaraq punktual deyil və Almaniyadakı gecikmələr İsveçrə dəmir yolu şəbəkəsinin işini pozmamalıdır.

    “APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, 2023-cü ildə İsveçrədəki bütün qatarların 92,5%-i təyinat yerinə vaxtında çatıb, lakin Almaniyada həmin dövrdə bu göstərici cəmi 64% səviyyəsində olub.

    Qeyd etmək lazımdır ki, İsveçrə qaydalarına görə, qatar yalnız qrafikdən üç dəqiqədən çox kənara çıxmadan vaxtında gəlmiş sayılır. Almaniyada qeyd olunan göstərici marşrutdan asılı olaraq hətta 10-15 dəqiqəyə çata bilər.

    Məlumata görə, Almaniyada qatar gecikmələrinə ən çox səbəblər tikinti işləri, nasaz hava elektrik xətləri, infrastruktur problemləri və tətillər olub.

    Məlumdur ki, İsveçrəyə dayandırılan reyslərin təxminən yarısı Almaniyada dəmiryolçularının tətilləri nəticəsində yaranan gecikmələrlə bağlı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR