“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının (XDND) “İrgiz” təchizat-yedək gəmisi dənizin neftlə çirklənməsinə hazırlıq və onun aradan qaldırılması təlimində iştirak edib.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə təlim JOCAP və Briggs Marine şirkətləri tərəfindən Xəzər dənizinin 145 nömrəli lövbər dayanacağında təşkil olunub.
Təlim zamanı “İrgiz” gəmisinin yedək funksiyalarından istifadə edilməklə, ərazidə olan digər gəminin göyərtəsində quraşdırılmış xüsusi “bom çəpər” ilə neftlə çirklənmə sahəsinin böyüməməsi üçün əvvəlcə “U”, daha sonra “J” forması tətbiq edilib. Bu əməliyyatların yekununda su səthinin neftdən təmizlənməsi üçün gəmi kranı ilə dənizə “skimmer” (xüsusi süzgəc) buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.