Almaniyanın “Volkswagen” avtomobil konserni 2023-cü ildə qəbul edilmiş iqtisadi proqram çərçivəsində istehsal zərurətindən yaranan fabriklərin bağlanmasını və işçilərin ixtisarını istisna etmir. Azadmedia.az dw.com-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, sentyabrın 2-də konsernin rəhbərliyinin iclasından sonra qəbul edilmiş bəyanatda deyilir.
“İndiki şəraitdə tezliklə tədbirlər görülmədən avtomobil və onun hissələrinin istehsalı üzrə zavodların bağlanmasını istisna etmək mümkün deyil”, - şirkət hesab edir.
Bundan başqa, rəhbərlik hesab edir ki, əvvəllər nəzərdə tutulan iş yerlərinin ixtisarı, işçilərin qismən təqaüdə çıxması və birdəfəlik ödənişlər hesabına vəsaitə qənaət üzrə qarşıya qoyulan məqsədlərə nail olunmayacaq.
Bununla əlaqədar olaraq rəhbərlik 1994-cü ildə əmək müqavilələrində yazılan məşğulluq zəmanətlərinə son qoymaq qərarına gəlib. Şirkət 2030-cu ilə qədər personalı ixtisar etməyəcəyinə söz verməkdən imtina edir.
Konsernin rəhbəri Oliver Blume (Oliver Blume) sərt iqtisadiyyat kursunu onunla əsaslandırıb ki, son vaxtlar Avropa avtomobil sənayesinin vəziyyəti mürəkkəbləşib, xüsusən də Avropa bazarına yeni oyunçuların daxil olması səbəbindən. Şirkət rəhbərliyi etiraf edib ki, 2023-cü ildə qəbul edilmiş iqtisadiyyat proqramı hədəfdən bir neçə milyard avro geri qalır.
Volkswagen-in istehsal şurasının sədri Daniela Kavallo (Daniela Cavallo) bildirib ki, konsernin rəhbərliyi alman zavodlarının mövcudluğundan, VW-nin əməyin ödənilməsi ilə bağlı daxili kollektiv müqavilələrindən və iş yerlərinin qorunması proqramını şübhə altına alır. O, iqtisadi siyasətdəki uğursuzluqları işçilərin çiyninə yükləməməyi tələb etdi və bu planlara qarşı çıxmamaq barədə xəbərdarlıq etdi.
Şirkət rəhbərliyi ən azı bir avtomobil istehsalı, bir də ehtiyat hissələri istehsalı zavodunun bağlanmasını təklif edir. Bu planların reallaşması Volkswagen Qrupunun 87 il əvvəl qurulduğu gündən bəri Almaniyadakı zavodunu ilk dəfə bağlayacağı anlamına gələcək.
- İldən-ilə Almaniya şirkətlər üçün məkan kimi cəlbediciliyini itirir, - Almaniyada 1852-ci ildə yaradılmış müstəqil özəl bank olan Bankhaus Lampe-nin baş iqtisadçısı Aleksandr Kruger Volkswagen-in qərarını şərh edib.
O, həmçinin qeyd edib ki, belə böyük istehsalçının hücuma məruz qaldığı indiki vəziyyət Almaniyanın sənaye investisiyaları üçün yer kimi qiymətləndirilməsi üçün yeni ölçü demək olacaq.
- Bu, bir daha göstərir ki, uzun illər davam edən iqtisadi durğunluq və artım olmadığı halda struktur dəyişikliklərinin uzunmüddətli nəticələri nədən ibarətdir, - ING bank qrupunun baş iqtisadçısı Carsten Brzeski bildirib. - Avtomobil sənayesi Almaniya üçün təkcə simvolik əhəmiyyət kəsb etmir, həm də milli iqtisadiyyatın əsas sahəsidir.