Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla rekord sayda səfər qeydə alınıb.
Belə ki, 16 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37 minə yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb.
Qeyd edək ki, ADY yeni tədris ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək, səfərləri daha rahat və təhlükəsiz təşkil etmək üçün gücləndirilmiş iş rejiminə keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.