AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına tamhüquqlu üzv olub

  • + A
  • - A
  • 26-09-2024, 10:33

    Azərbaycanın Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına tamhüquqlu üzv olub

    Azərbaycan Respublikası Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına (The Coalition of Finance Ministers for Climate Action) tamhüquqlu üzv qəbul edilib.
    92 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar.
    Cari ilin aprel ayında Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun Vaşinqton şəhərində keçirilən Yaz Toplantıları çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 11-ci iclasında müşahidəçi statusunda iştirak edib.
    Azərbaycan Respublikasının COP ilə fəaliyyət istiqamətləri əksər hallarda üst-üstə düşən sözügedən Koalisiyada tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin COP29 sədrliyinin hədəflədiyi nəticələrin əldə edilməsinə mühüm töhfə verəcəkdir.
    Koalisiya üzvlərinin növbəti görüşü 2024-cü ilin oktyabr ayında Vaşinqtonda BVF və Dünya Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcəkdir. Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 Konfransının “Maliyyə günü” çərçivəsində Koalisiyanın xüsusi iclasının keçirilməsi barədə də ilkin razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR