AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunur

  • + A
  • - A
  • 28-09-2024, 15:36

    Azərbaycanın lüks turizm potensialı Moskvada təbliğ olunur

    Azərbaycan Turizm Bürosunun iştirakı ilə 26-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində Azərbaycanın lüks turizm potensialı tanıdılıb.

    Tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl lüks turizm destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətlərini genişləndirmək kimi məsələlər daxildir.

    Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış aparıcı turoperator və agentlikləri ilə keçirilən B2B (biznesdən-biznesə) görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumilikdə 501 417 nəfər səfər edib ki, bu da 2023-cu ilin eyni dövrü ilə müqayisədə 18%-dan çox artımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR