Qarşıdan gələn qış mövsümünə hazırlıq işlərinin davamı olaraq Goranboy rayonunun Məşədiqaralar kəndində uzun illər istifadədə olan, istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Kənddə mövcud xəttin yenilənməsi üçün ümumi uzunluğu 6100 metr müxtəlif diametrli polad borudan istifadə olunacaq. Artıq işlərin yarıdan çox hissəsi tamamlanıb. Xətlərin çəkilişi başa çatdıqdan sonra 115 abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.