AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub

  • + A
  • - A
  • 16-11-2024, 15:24

    ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatını təqdim edib. 2022-2023-cü illəri əhatə edən hesabatı ASCO-nun Müşahidə Şurası təsdiqləyib.

    Hesabat şirkətin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, insan resurslarının idarəolunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri özündə birləşdirir.

    “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi dövrdə dərc olunan hesabat vasitəsilə ASCO öz tərəfdaşlarına, müştərilərinə və digər maraqlı tərəflərə dayanıqlılıq istiqamətində atdığı addımlar və gələcək planları barədə məlumatlar təqdim edir.

    Qeyd edək ki, beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanan hesabat “Deloitte” beynəlxalq audit şirkəti tərəfindən audit olunub və ona müsbət rəy təqdim edilib. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabat şəffaflıq prinsiplərinə uyğun olaraq ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilib.

    Dayanıqlı inkişaf haqqında hesabatın elektron variantı ilə linkdən tanış ola bilərsiz.
    https://www.seanews.az/az/pages/35/news/14173?555&fbclid=IwY2xjawGlXrhleHRuA2FlbQIxMQABHXzXnIlfa_xDs1hK1qTkxggU-WBTrhytbOEhB-ghni1eyMMbxOMKaGtcrg_aem_2uWVQnl_8UPnTbyRsVgd3A


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR