AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qars Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 11:40

    Qars Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib

    Görüşdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, birgə təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

    İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

    AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.

    Tərəflər arasında həmçinin 2025-ci ilin birinci rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR