AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Rusiya sərhədində yük dövriyyəsi 5 dəfə artıb

  • + A
  • - A
  • 29-11-2024, 15:20

    Azərbaycan və Rusiya sərhədində yük dövriyyəsi 5 dəfə artıb

    Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Rusiya-Azərbaycan sərhədində yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. O, həmçinin qeyd edib ki, Rusiya ilə İran arasında qərb nəqliyyat marşrutu ticarət üçün böyük əhəmiyyət kəsb edir.
    Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Azərbaycan sərhədində yük dövriyyəsinin dəfələrlə artması barədə məlumat verib. 

    O qeyd edib ki, Azərbaycandan İrana gedən nəqliyyat marşrutunun böyük iqtisadi perspektivləri var. Baş nazirin müavinin sözlərinə görə, artıq müasir tələblərə cavab verən nəqliyyat magistralı var. 

    Qeyd edək ki, 2024-cü ilin doqquz ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə artım demək olar ki, 12% təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR