AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə 2054-cü ilə qədər sıfır karbon iqtisadiyyatını hədəfləyir

  • + A
  • - A
  • 29-11-2024, 20:44

    Türkiyə 2054-cü ilə qədər sıfır karbon iqtisadiyyatını hədəfləyir

    Türkiyə qarşıdakı 30 il ərzində sıfır karbon emissiyasına nail olmaq üçün öz üzərinə iddialı öhdəlik götürüb.

    Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar qeyd edib ki, hökumət iqtisadiyyatın əsas sektorlarına, o cümlədən enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatına təsir edən karbon emissiyalarının azaldılması üçün kompleks tədbirlər hazırlayıb həyata keçirməyi planlaşdırır.

    Onun sözlərinə görə, sıfır karbon emissiyası olan iqtisadiyyata keçid təkcə ekoloji problem deyil, həm də yeni iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsi üçün imkandır.

    Bu məqsədin reallaşması iqlim dəyişikliyi ilə mübarizə və ölkənin dayanıqlı iqtisadiyyata keçidi üçün mühüm addım olacaq. Biz gələcəyə nikbinliklə baxırıq və gənc nəsillər üçün davamlı inkişafı təmin etmək niyyətindəyik, - deyə A.Bayraktar qeyd edib.

    Xüsusilə, söhbət bərpa olunan enerjinin inkişafından, sənayedə və yaşayış sektorunda enerji istehlakını azaltmağa imkan verən yeni texnologiyaların tətbiqindən, “yaşıl hidrogen” istehsalının inkişafından və nəqliyyatda emissiyaların azaldılmasından gedir. Ölkədə elektromobillərdən istifadənin stimullaşdırılması və ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın inkişafı nəzərdə tutulur.

    Məqsədlərə çatmaq üçün Türkiyə beynəlxalq təşkilatlar və tərəfdaşlarla əməkdaşlığı gücləndirmək niyyətindədir. Xüsusilə, ölkə Paris Sazişinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərdə iştirak edir və ekoloji layihələrin həyata keçirilməsi üçün maliyyə cəlb etməyi gözləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR