Neft daşlarında yerləşən platformada - 1, 2, 4, 5-ci mədənlərdə işləyən neftçilərdən
Azadmedia.az-a şikayət daxil olub.
Neftçilər bildirir ki növbələr vaxtında dəyişmir, nəticədə neftçilərin pulundan kəsilir. Hər aparılmayan gün üçün 1 neftçi 130 manat pul itirir. Yanvardan bu günə kimi 7 gün itiriblər. Sabah da növbələridir, amma onları işə aparmaq fikirləri yoxdu. Mədən rəisi bildirib ki, dalğa var.
Neftçilər bildirir ki, faktiki dalğa 1,5-1,7 m-dir. Amma vaxt olub dalğa 3, 4 m olanda növbə dəyişilib.
Saytımız vasitəsilə SOCAR rəhbərliyinə şikayət edən neftçilər bildirir ki, onların səsini dinləyən yoxdu. Neftçilərin hər kəsilən gün üçün itirilən 130 manata ehtiyacı var. Xahiş edirlər ki, növbələrin vaxtında dəyişmısinə nəzarət edilsin. Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.