AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə maliyyə sektorunda əməkdaşlığı müzakirə ediblər

  • + A
  • - A
  • 5-12-2024, 11:37

    Azərbaycan və Türkiyə maliyyə sektorunda əməkdaşlığı müzakirə ediblər


    Azərbaycan və Türkiyə maliyyə sektorunda əməkdaşlığı müzakirə ediblər. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, maliyyə naziri Samir Şərifov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

    Görüş zamanı iki ölkə arasında maliyyə-iqtisadi sahədə, o cümlədən regional və beynəlxalq maliyyə institutları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR