AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Bank lombard şirkətini 20 min manat cərimələdi

  • + A
  • - A
  • 9-12-2024, 19:00

    Mərkəzi Bank lombard şirkətini 20 min manat cərimələdi

    Azərbaycan Mərkəzi Bankı (AMB) "Güvənli” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul edib.

    Bu barədə AMB məlumat yayıb.

    “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Güvənli" MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 20 000 (iyirmi min) manat və 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir”, - məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR