AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körfəz ölkələrinin turizm şirkətləri üçün tanışlıq səfəri təşkil olunub

  • + A
  • - A
  • 13-12-2024, 12:09

    Körfəz ölkələrinin turizm şirkətləri üçün tanışlıq səfəri təşkil olunub


    Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omandan olan 27 turizm agentliyinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

    Səfər müddətində Körfəz ölkələrinin turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzini ziyarət edərək, ölkəmizin qış turizm imkanları və qış xizək mərkəzində təqdim olunan xidmətlərlə tanış olublar.

    Tanışlıq səfəri çərçivəsində, həmçinin ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsinə dəstək məqsədilə 45-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

    Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Yaxın Şərq ölkələrindən 244 511 nəfər ziyarətçi gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR