SOCAR-ın “Azəriqaz” İB tərəfindən Kəlbəcər rayonunun Zar kəndinə qaz xəttinin çəkilişi davam edir. Layihəyə əsasən 10500 metr məsafədə müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilir. İşlərin artıq 90%-i yerinə yetirilib. Çətin relyefli dağ şəraitində işləri həyata keçirən Birliyin əməkdaşları üçün modul tipli yaşayış məntəqəsi inşa edilib ki, burada da əməkdaşlar üçün hər bir şərait yaradılıb.